Gənc qız yolu keçərkən “Toyota Prado” markalı avtomobil tərəfindən vurulub

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Şərifzadə küçəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Nəsirzadə Nərmin Mirzə qızı yolu keçərkən onu “Toyota Prado” markalı avtomobil vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...