Meşədə ağac kəsən kişi öldü

Oğuzda 58 yaşlı kişi meşədə ağac kəsərkən ölüb. SİA-nın verdiyi məlumata görə, hadisə Oğuz rayonun Xal-Xal kəndində qeydə alınıb.

Xal-Xal kəndi ərazisinə meşədə ağac kəsərkən rayon sakini, 1960-cı il təvəllüdlü Nəbiyev Xanlar Ağaşirin oğlunun üzərinə iri budaq düşüb.Nəticədə Xanlar Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...