Şamaxı rayonunda evdə yanğın olub

Şamaxı rayonunda evdə yanğın olub.

SİA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örütüyü 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...