15 yaşlı məktəbli qız itkin düşdü

Qax rayonunda məktəbli qız itkin düşüb. SİA-nın məlumatına görə, hadisə rayonun A.Məmmədov küçəsi, ev 10-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü İsmayılzadə Elmira Samir qızı oktyabrın 10-da səhər saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə