Ağstafada itkin düşən qadın Bakıda tapılıb

Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb. Trend-in məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb. Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb. Qadın hazırda ev şəraitində müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...