Səudiyyə Ərəbistanının qərbində avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər həlak olub, 4 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis tərəfindən məlumat açıqlanıb.

Sərnişin avtobusu ağır texnika ilə toqquşub. Hadisə al-Akxal yaşayış məntəqəsində qeydə alınıb. Polis əməkdaşları sərnişin avtobusunda ərəb və asiya ölkələrinin vətəndaşlarının olduğunu açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə