Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının üstünə tökülüb

Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının üstünə tökülüb.

SİA xəbər verir ki, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları 1 saylı Xəstəxanaya çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə