Xəzər rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəzər rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Qala qəsəbəsində baş vemiş hadisə zamanı 1989-cu il təvəllüdlü Qədirova Ülviyyə Fəxrəddin qızı idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Hadisə zamanı Ü.Qədirova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə