Qazaxda 26 yaşlı gənc ocaq yandıran zaman partlayış baş verib

Qazaxda bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Masalı rayon sakini 1993 cü il təvəllüdlü Həmidov Elvin İlyas oğlu ocaq yandıran zaman anidən partlayış baş verib. Yaralı dərhal Qazax Rayon Diqainostiqa Mərkəzinə aparılıb. 27 yaşlı gəncə bədənin çoxsaylı yanğı diqanozu qoyulub.

Xəstəxandan bildirlib ki, yaralının vəziyyəti ağır olduğundan Bakıya göndərilməsi nəzərdə tutulub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə