Şabranda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb

Şabranda qanunsuz silah aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan şəhər sakini Ə.Qasımovdan “MR-43” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə