Goranboyda minik maşını ilə traktor toqquşub

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Xınalı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2112" markalı minik maşını ilə traktorun toqquşması nəticəsində birincinin sürücüsü 1941-ci il təvəllüdlü İsmayıl Həsənov, onun həyat yoldaşı 1948-ci il təvəllüdlü Şəfiqə Həsənova və daha bir sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...