18 yaşlı gənci elektrik cərəyanı vurub

Quba rayonunun Yerfi kəndində 18 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb. SİA-nın Şimal bürosundan verilən məlumata görə, kənd sakini Cabir Babayev qoyun otararkən bədbəxt hadisənin qurbanı olub. Əlindəki çomağı elektrik xəttinə toxunduran gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...