52 yaşlı qadın qardaşı tərəfindən döyülüb

Xətai rayonunda döyülmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə "NZS" qəsəbəsi, Mingəçevir küçəsində baş verib.

Belə ki, ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona başın və döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə