Bakıda yaşlı qadın dəm qazından zəhərlənib öldü

Bakıda yaşlı qadın dəm qazından zəhərlənib. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 14-də baş verib.

Həmin evdə yaşayan, 1941-ci il təvəllüdlü Kərimova Nuriyyə Abdulla qızı yaşadığı evin həyətindəki yarımçıq tikilidə dəm qazından zəhərlənərək ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...