Xəzər rayonunda 23 yaşlı oğlanı maşın vurub

Xəzər rayonunda 23 yaşlı oğlanı minik avtomobili vurub.

SİA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Belə ki, 23 yaşlı Nicat Həşimli yüksək sürət həddi olan magistral şosseyə çıxıb. Bu vaxt onu “Mercedes” markalı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...