Maşınlardan oğurluq edən yeniyetmə yaxalanıb

Binəqədi qəsəbə sakini E.Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparmaqda şübhəli bilinən Salyan rayon sakini olan yeniyetmə Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlərlə onun daha üç avtomobildən maqnitofon oğurladığı da müəyyən edilib. Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...