Hacıqabulda 8 ton ot bağlaması yanıb

Hacıqabul rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Meyniman kəndində 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə