Nərimanov rayonunda sərxoş piyadanı maşın vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında minik avtomobili sərxoş vəziyyətdə olan, şəxsiyyəti hələlik naməlum olan təxminən 40-45 yaşlı kişini vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə