Goranboyda və Bakıda ölümlə nəticələnən yol qəzaları olub

Goranboy və paytaxtın Nizami rayonları ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyevin idarə etdiyi “BMW” markalı avtomobil aşıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Paytaxtın Nizami rayonunun ərazisində, H.Əliyev prospektində yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...