Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü

Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində Masallı rayonunun Yeddioymaq kəndi ərazisində Mehdi Əhmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Lənkəran rayon sakini C.Fəttayevin idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əhmədov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə