Gəncədə saxta dərman satışı ilə məşqul olan qadın tutuldu

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncədə hamilə qadınlara saxta dərman satışı ilə məşğul olan şəxs saxlanılıb. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Musayeva İradə İlham qızı saxlanılıb.

Qadın "Altes Farm" şirkətinə məxsus və əsasən hamilə qadınların istifadə etdiyi dərman preparatlarının saxtasını ucuz qiymətə satmaqda təqsirli bilinir. İlkin araşdırmalara görə, bu dərmanlar qanunsuz yolla Gürcüstandan Azərbaycana gətirilib.

Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə