Goranboyda müxtəlif markalı yük maşınları toqquşub

Goranboy rayonunda bir nəfərin xəsarəti alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, Beynəlxalq Yük Daşımaları ilə məşğul olan yük maşını ilə ("TIR") "QAZEL" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "QAZEL" markalı avtomobilin sürücüsü Namiq Ağayev müxtəlif bədən xəsarərləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına qaldırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...