Goranboyda 11-ci sinif şagirdi qaçırılıb

Goranboy rayonunda 11-ci sinif şagirdi qaçırılıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Elvina adlı qız mağazadan qayıdarkən Hazırəhmədli və Ağamalıoğlu kənd sakinləri tərəfindən qaçırılıb. Qaçıran şəxsin adı İlqardır. Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma başlanılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...