Şirvanda avtomobil beton dirəyə çırpılıb - 4 yaralı

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə