Bakıda yol qəzasında 2 nəfər xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığında baş verib. Qəza nəticəsində 1991-ci təvəllüdlü Əlizadə Mərhəmət İlhami oğlu və 1999-cu il təvəllüdlü Sultanova Həcər Əbdülrəhman qızı müxtəlif bədən xəsarətləri alıblar.

Onlar təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. M. Əlizadəyə başın təpə nahiyəsinin səthinin əzilmiş yarası, H.Sultanovaya isə alın nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...