Hacıqabulda yol qəzasında bir nəfər ölüb

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padar kəndi ərazisində qeydə alınıb .

“KamAZ” və iki “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri – Bakı şəhər sakini Əyyub Atakişiyev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...