Qobustanda sürücü aşırdığı maşının altında qalaraq dünyasını dəyişib

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə bu gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.

"Toyota" markalı minik avtomobili yoldan çıxıb və körpüdən aşıb. Nəticədə sürücü - Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Əliyev Arif Mustafa oğlu avtomobilin altına düşərək dünyasını dəyişib, sərnişini isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...