Türkiyədə güclü zəlzələ qeydə alınıb

Türkiyənin Çankırı bölgəsində Rixter cədvəli üzrə 4.7 və 4.8 bal güclərində iki zəlzələ baş verib. SİA bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən məlumat yayıb.

Agentliyin İnternet sayında göstərilir ki, sentyabrın 14-də Türkiyə vaxtı ilə saat 9.00-da və 9.03-də ardıcıl baş verən yeraltı təkanların episentri Çerkeş rayonunda qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə