Moskva prospektində 30 yaşlı şəxs qəfildən dünyasını dəyişib

Bakıda küçədə ölüm hadisəsi baş verib.

A xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Moskva prospektində 1989-cu il təvəllüdlü Vüqar Həsənov qəfildən dünyasını dəyişib. Onun ölüm səbəbləri hələlik bilinmir.

Nəsimi Rayon Prokurorluğu tərəfindən ölümün səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə