Qazax rayonunda torpaq uçqunu baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qarapapaq kəndində qeydə alınıb.

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə Qazax rayonu, Çaylı kənd sakini, 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu ölüb, Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə