Lerik şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb. Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə