Yasamalda 9 mərtəbəli binada yanğın baş verib

Yasamalda 9 mərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında 12 m² sahədə ev əşyaları qismən və 1 ədəd plastik pəncərə çərçivəsi yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə