Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

SİA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qazdoldurma məntəqəsi yaxınlığında baş verib.

Belə ki “VAZ 2103” və “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza nəticəsində ciddi bədən xəsarətləri alan 1950-ci il təvəllüdlü Həsənov Elman Vəliş oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə