İranda ağır qəza 3 nəfər diri-diri yandı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib.

M.Cəlilin sözlərinə görə, “Peugeot 206” avtomobilinin “Pride” markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.

İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə