Neftçalada 2 nəfəri ildırım vurub

Neftçalada 2 nəfəri ildırım vurub. Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hadisə rayonun Tatarməhlə kəndi ərazisində qeydə alınıb. Otlaq ərazidə qoyun otaran Şamaxı sakinləri - Vaqif Gərayev və Tural Abdullayevi ildırım vurub. Hər iki şəxs Neftçala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə