Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər və siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, sorğu-sual zamanıvətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə "Cesi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının yük yerindəki sellofan torbaların və salonunda - arxa oturacağın qol söykənəcək yerin içərilərində gömrük nəzarətindən gizlədilən 3600 ədəd "King" markalı siqaret və hər biri 1 litr olmaqla 19 ədəd "Hlibny Dar" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB