Partlayışda türk hərbçi həlak oldu

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində partlayış törədilib. SİA-nın məlumatına görə, hadisə nəticəsində bir türk hərbçi həlak olub.

Məlumata görə, partlayış PKK terror təşkilatı tərəfindən törədilib.

Partlayışdan sonra Türkiyənin Silahlı Qüvvələri Hakkaridə lokal əməliyyatlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə