Avtomobil kanala düşdü: 5 nəfər boğularaq öldü

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə