20 yaşlı gənci boğazından bıçaqla vurublar

Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə şəhərin Alı Mustafayev küçəsində qeydə alınıb.

Aralarında yaranan şəxsi münaqişə zəminində Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Bəşirov Əziz Zahir oğlu 20 yaşlı Rzayev Nurlan Arif oğluna boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törədən şəxs şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə