Gəncədə müştəri gözəllik salonunun sahibəsini döyüb

Gəncədə müştəri gözəllik salonunun sahibəsini döyüb.

SİA-nın bölgə muxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən gözəllik salonlarının birində baş verib. Belə ki, salon xidmətlərindən istifadə edən qadın müştəri oranın sahibəsi 28 yaşlı Əlieva Zəhra ilə mübahisə edib və daha sonra ona hücum edib. Xəsarət alan salon sahibəsi xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətin orta ağır olduğu bildirlir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə