Çayxanadan çıxan şəxsi bıçaqladılar

Gəncə şəhəri, Məhsəti qəsəbəsində bıçaqlanma faktı qeydə a alınıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə zamanı 1989-cu il təvəllüdlü Əliyev Zaur Nizami oğlu qol nahiyyəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib. İlkin məlumata görə, Z.Əliyev çayxanadan çıxarkən hazırda şəxsiyyəti dəqiqləşdirilən şəxs tərəfindən bıçaqlanıb. Zərbə o qədər güclü olub ki, yaralının qolunun amputasiya olunması ehtimalı var. Hazırda Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...