Rusiyada meşə yanğınlarının sahəsi genişlənib

Rusiyada meşə yanğınlarının sahəsi gün ərzində genişlənib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda ölkə ərazisində 109 belə yanğın ocağı var.

Bildirilir ki, ötən gün yanğın sayı daha çox olsa da, yanğınların ümumi sahəsi az idi. Daha ciddi vəziyyət 84 yanğın ocağının qeydə alındığı Krasnoyarsk diyarındadır.

Yanğınların söndürülməsinə ümumilikdə təqribən 500 nəfər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...