"Toyota"nın vurduğu piyada xəstəxanada öldü

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə