Abşeronda "VAZ 21 06" markalı avtomobil Duz gölünün çərçivəsini qıraraq qəza törədib. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Masazır kəndində baş verib.

Belə ki, 10 MJ 723 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı minik avtomobili BMW markalı digər avtomobilə dəyərək qəza törədib. Hadisə zamanı "VAZ 21 06" Duz gölünün çərçivələrini qıraraq deformasiyaya uğrayıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Fakla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə