Avtomobil körpüdən aşıb - 3 nəfər xəsarət alıb

Mərdəkan körpüsündən avtomobil aşıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...