Masallıda 6 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin dam örtüyünün, bir otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə