Taxta bazarında baş verən yanğında 6 nəfər xəsarət alıb - FOTOLAR

Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır: "Onlardan 3-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib".

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları ilə yanaşı Səhiyyə Nazirliyinin 10 Təcili Tibbi yardım briqadası da cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda deyilir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...