Bakıda güclü yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hazırda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın güclü olduğundan şəhərin müxtəlif yerlərindən onu görmək mümkündür.

Yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb: "Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik".

Yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Bu bərədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...