Biləcəri qəsəbəsində soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 18-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini E.Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişin qismində gedən naməlum şəxs düşərkən salondakı 15 manat pulu soyğunçuluq yolu ilə aparmışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılmışdır.

İlkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...