Buzovna-Maştağa yolunda yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Buzovna-Maştağa yolunda baş verib.

Hadisə nəticəsində 3 nəfər qadın ağır xəsarətlər alıb.

Xəsarət alan 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə